17 dekabr 2016 18:30
Neftçi Sivassporla qarşılaşacaq
"Neftçi"nin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Elxan Abdullayev komandasını Türkiyə "Sivasspor"u ilə oyunda sınaqdan keçirəcək.
Qarşılaşma yanvarın 8-nə nəzərdə tutulub. Bütövlükdə isə, "ağ-qaralar" Türkiyədə 5 sınaq matçı keçirməyi planlaşdırır.
Qeyd edək ki, "Neftçi"nin toplanışı yanvarın 4-dən 21-nə qədər davam edəcək.
