17 dekabr 2016 18:20
Elxan Abdullayev: Hər şeyi büdcə ilə əlaqələndirmək olmaz
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. İlk yarıda yaxşı çıxış etdik. Amma ələ düşən şanslardan yararlana bilmədik və məğlub olduq. Edson Kastilyonun oyunundan razıyam. Pis futbolçu deyil. Tərlan Əhmədovun "Neftçi" ilə oyunlara xüsusi hazırlaşıb-hazırlaşmadığını mən dəqiq deyə bilmərəm. Çünki ona baxmırdım. Ötən oyunda biz də "Zirə"yə qalib gəlmişdik. Amma bu, onlardan güclü olmağımız anlamına gəlmir. Əksinə, biz onlardan xeyli zəifik. Hər şeyi büdcə ilə əlaqələndirmək olmaz".
