17 dekabr 2016 18:00

Qriqorçuk: Qələbəmizə mane olan məqamlar var idi

Topaz Premyer Liqasının 14-cü turunun “Qəbələ” – “Kəpəz” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Qalib gəlib, 3 xal qazanmağımızdan razı qaldıq. Bu 3 xalı ağır oyunda əldə etdik. Meydanda çox şey baş verirdi. Qələbəmizə mane olan məqamlar var idi. Lakin qələbə qazana bildik. Futbolçularıma təşəkkür edirəm. Gözəl oyun nümayiş etdirdilər. Qələbəmiz tam qanunauyğun idi. Artıq növbəti oyuna AZAL-la kubok matçına hazırlaşa bilərik. Bu dəfə əvəzetmələri tez gerçəkləşdirməyimiz səbəbsiz deyildi. Filip Ozobiçin əzələsində ağrılar var idi. Hətta fasilədə onun özündən matçı davam etdirə biləcəyini soruşdum. Bu üzdən onu tez əvəzlədik. İmkanlardan istifadə ilə bağlı daim futbolçularla danışırıq. AZAL-la qarşılaşmadan sonra azı 10 qol imkanını qaçırdığımızı demişdim. Təkrara baxanda bu rəqəmin daha böyük olduğunu gördüm. Təkcə Sergey Zenyov 7 qol vura bilərdi. Məhz bunun da üzərində çalışacağıq. Çünki bu amil önəmlidir. Bu, ustalığın göstəricisidir. Bugünkü “Qarabağ” - “İnter” oyununun necə olacağını deyə bilmərəm. Bu görüş hələ heç nə demək deyil. Hər iki komanda ilə qarşıda oyunlarımız var. Bizim üçün də vacib olan bu qarşılaşmalardır. Çempionatın yarısı hələ qarşıdadır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.