17 dekabr 2016 16:00

Bədavi Hüseynov: Qarabağ Beşiktaşla oynayacaq səviyyədədir

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "İnter"lə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "İnter"lə oyunda nəyə ümid edirsiniz?
- Çempionatda zəif komanda yoxdur. "İnter" də indi çox yaxşı formadadır. İlk dövrədə onlar bizə qalib gəlmişdilər. Buna görə bizim üçün vacib oyundur. Qələbə qazanıb, fasiləyə yaxşı əhvalda yollanmaq istəyirik.

- Son günlərdə millimizin hücumçusu Ramil Şeydayevin Türkiyə "Trabzonspor"unu "Neftçi"yə dəyişəcəyinə dair xəbərlər dolaşır. Sizcə, onun Türkiyədə qalması daha yaxşıdır, ya Azərbaycana gəlməsi?
- Ramil yaxşı futbolçudur, perspektivlidir. Daha çox oynamasına ehtiyac var. Necə addım atmaq lazım olduğunu Şeydayev özü gözəl bilir. Amma təbii ki, Ramilin "Neftçi"yə gəlişi bu klubu gücləndirər.

- Kubokun yarımfinalındakı rəqibiniz böyük ehtimalla məhz "Neftçi" olacaq. Bu oyunu erkən finalsaymaq olar?
- Kubokda hər oyun finala bərabər olur. Uduzsan, turniri tərk edirsən. İndi yarımfinal barədə danışmaq istəmirəm. 1/4 finalın cavab oyunundan sonra danışarıq.

- "Neftçi" ilkoyunda "Zirə"yə 3 cavabsız qolla qalib gəldiyi halda, siz "Sumqayıt"ı 6 topla məğlub etdiniz...
- Böyük motivasiya ilə oynadıq. Ona görə də belə hesabla qalib gəldik.

- Bəlkə "Qarabağ" Avroliqanı unutmaq üçün belə hesabla qalib gəlməyə çalışdı...
- Bu oyuna da digər görüşlərdə olduğu kimi, qələbə üçün çıxmışdıq. Hərdən hücumda hər şey alınır. "Sumqayıt"la oyunda da elə oldu. Ümid edirəm ki, cavab görüşündə sürpriz olmayacaq. Əsas odur ki, sakitləşmək olmaz.

- Deyilənə görə, 2017-ci ilin yanvar ayında "Qarabağ" Bakıda Türkiyə "Beşiktaş"ı ilə yoxlama oyunu keçirəcək...
- Mən bu barədə eşitməmişəm. Belə bir oyun bizim üçün böyük təcrübə olar. Biz "Beşiktaş"la oynayacaq səviyyədəyik. Fikrimcə, maraqlı oyun olacaq. Bu görüş həm də klublarımız arasındakı əlaqələrin möhkəmlənməsinə imkan verər.

- Türkiyəli mütəxəssis Güvənc Kurtar saytımıza açıqlamasında bildirib ki, Riçard Almeydanı və sizi "Beşiktaş"a məsləhət görüb. Belə bir imkan yaransa, keçidə razı olarsız?
- "Beşiktaş" böyük klubdur. Belə bir klubdan təklif almaq çox xoş olar. Amma indi məni belə təkliflər narahat etmir. Mənim "Qarabağ"la müqaviləm var və bütün diqqətimi komandamın oyununa yönəltmişəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.