17 dekabr 2016 14:00
Nəsirov oynadı, Sportinq xal itirdi
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Benfika"nın ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Nəsirov bu matçın 64-cü dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 25 xalla 22 komanda arasında 9-cu pillədə qərarlaşıb.
