17 dekabr 2016 13:30
Dmitri Nazarov fərqləndi, klubu yenə qələbəyə həsrət qaldı
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Start heyətdə meydana çıxan Nazarov görüşün 64-cü dəqiqəsində əvəzlənib. O, 27-ci dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, "Ersgebirge" 17 turdan sonra 13 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
