17 dekabr 2016 13:00
Tural Axundov: Hədəfimiz Qəbələdə 3 xal qazanmaqdır
"Kəpəz"in kapitanı Tural Axundov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu görüş Gəncədə keçirilsəydi, daha yaxşı olardı. Amma Gəncə şəhər stadionunun qazonu ideal vəziyyətdə deyil. Bu, həm bizə, həm də rəqibə problem yaradacaqdı. Səfərdə oynamağımıza baxmayaraq, hədəfimiz 3 xal qazanmaqdır. Eşitmişəm ki, "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Xorvatiya millisinə dəvət alıb. Onu təbrik edirəm. Amma "Qəbələ"nin heyətində Xorvatiya yığmasına namizəd futbolçunun olması bizi qorxutmur".
