17 dekabr 2016 12:40
Əzizov oynadı, komandası 4 qola sevindi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Fortuna" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:0.
Ziya bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Den Boş" 19 turdan sonra 25 xalla 20 komanda arasında 13-cüdür.
