17 dekabr 2016 12:20
Roman Qriqorçuk: Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çempionatda ilin son oyunu öncəsi heyətlə bağlı iki iktimiz var. Qalan bütün oyunçular sıradadır. Onlar matça hazırdılar. Uşaqların oyuna yaxşı kökləndiyini, nəticəyə görə məsuliyyət hiss etdiklərini görürəm. Bu oyuna bütün gücümüzü səfərbər etmişik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
