İlqar Qurbanov: Qarabağdan getməyi düşünmürəm
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə oyuna yaxşı hazırlaşmışıq. Demək olar ki, bizim üçün ən vacib oyunlardan biridir. Qələbə qazanmaq istəyirik. Amma bunun çətin olacağını da anlayırıq. "İnter" yaxşı komandadır. Heyətdə kimisə xüsusi fərqləndirmək istəmirəm. Daha sonra bizi "Sumqayıt"la kubokun cavab qarşılaşması gözləyir. O oyunda da qələbə qazanmalıyıq. Özümə gəlincə, məşq edirəm və Qurban Qurbanovdan şans gözləyirəm. Bu komandadan getməyi heç vaxt düşünməmişəm. Çünki ən yaxşı illərimi elə "Qarabağ"da keçirirəm. Əlbəttə, Avropa Liqasında pley-offa çıxa bilməməyimiz üzücü oldu. Artıq növbəti avrokubok mövsümünü düşünməliyik. Bunun üçün çempionatda da uğurlu çıxış etməliyik".
