17 dekabr 2016 18:55

Qarabağ qış çempionu oldu, AZAL ilk qələbəsini qazandı

Bu gün Topaz Premyer Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilin son turunun bütün oyunları eyni gündə baş tutub.

Öncə meydana “Qəbələ” və “Kəpəz” klubları çıxıb. Qarşılaşmanın taleyini 3 penalti həll edib. Meydan sahibləri ələ düşən şanslardan yaxşı yararlanaraq, matçı azlıqda başa vuran Gəncə təmsilçisinə qalib gələ biliblər.

“Sumqayıt” doğma meydanda “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Paytaxt derbisində “Neftçi” AZAL-la qarşılaşıb. Bu görüşün də taleyini bir qol həll edib. Amma 3 xala sevinən tərəf qonaqlar olublar. Hansı ki, bu, Tərlan Əhmədovun komandasının cari mövsümdə ilk qələbəsi kimi yadda qalıb.

Nəhayət, turun mərkəzi matçı lider “Qarabağ” və “İnter” arasında baş tutub. Bu görüşdə isə tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər. Buna baxmayaraq, son üç mövsümün qızıl medallarına sahib çıxan Ağdam klubu "Qəbələ"ni 1 xal qabaqlayaraq, qış çempionu adını qazanıb.

Topaz Premyer Liqası
14-cü tur

17 dekabr

“Qəbələ” – “Kəpəz” - 2:1 (1:0)
Qollar: F.Ozobiç, 23-pen. (1:0). T.Axundov, 78-pen. (1:1). R.Qurbanov, 84-pen. (2:1).
Qırmızı vərəqə: R.Silva, 83.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov.
Qəbələ şəhər stadionu, 14:00.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 14. Cavid Hüseynov, 21. Roman Hüseynov, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 44. Rafael Santos, 90 Ramil Hasanov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 36. Renan Silva, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 19. Orxan Əliyev, 77. Serjinyo, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 6. Ceyhun Cavadov, 10. Dario Federiko, 75. Yusif Cəfərov.
Baş məşqçi: Şahin Diniyev.

“Sumqayıt” – “Zirə” - 1:0 (1:0)
Qol: M.Abbasov, 15 (1:0).
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə.
Sumqayıt. “Kapital Bank Arena”, 16:00.

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 21. Nasir Abilayev, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Samir Abasov.
“Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 7. Gerhard Proqni, 10. Elvin Məmmədov (k), 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 19. Nurlan Novruzov, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 44. Migel Lorenso, 92. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 77. Yamin Ağakərimzadə, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.

“Neftçi” – AZAL - 0:1 (0:0)
Qol: D.Canelidze, 79 (0:1).
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
Bakı. “Dalğa Arena”, 16:00.

“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro, 20. Eltun Yaqublu, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev (k), 19. Fəhmin Muradbəyli, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 80. Edson Kastilyo, 90. Jonas Pesalli, 13. Murad Ağayev.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 23. Tərzin Cahangirov, 5. Anton Krivotsyuk, 10. Cavid İmamverdiyev, 22. Mahir Şükürov, 49. İbrahim Əliyev, 26. Kamal Qurbanov.
Baş məşqçi: Elxan Abdullayev.
AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 7. Kamal Mirzəyev, 88. Mirzağa Hüseynpur, 21. David Canelidze.
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 9. Röyal Nəcəfov, 10. Nuqzar Kvirtiya, 16. Aşkan Feyzi, 19. Elnur Süleymanov.
Baş məşqçi: Tərlan Əhmədov.

“Qarabağ” – “İnter” - 0:0 (0:0)
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Akif Əmirəli, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov.
Bakı. “Azersun Arena”, 17:00.

“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 8. Markos Madera, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 9. Reynaldo, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
“İnter”: 13. Orxan Sadıqlı, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 17. Abbas Hüseynov, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 10. Elnur Abdullayev, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 20. Aqşin Quluzadə, 98. Qara Qarayev.
Baş məşqçi: Zaur Svanadze.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.