17 dekabr 2016 00:30
Qriqorçuk Ozobiçin milliyə dəvət almasına həm sevinir, həm də...
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Filip Ozobiçin Xorvatiya yığmasına dəvət almasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Filipə görə çox sevindim. Onda böyük potensial var. Çox yaxşı futbolçudur, çalışqandır, öyrənməyə həvəslidir. Xorvatiya yığmasının yanvar toplanışına gəlincə, mənim buna münasibətim ikilidir. Biz də həmin vaxt toplanışda olacağıq. Odur ki, yığmaların bu cür toplanışlarının qəti əleyhinəyəm. Amma belə hallarda istisnalara yer vermək lazımdır. Belə bir yığmaya dəvət almağın futbolçu üçün nə demək olduğunu yaxşı dərk edirəm. Bu üzdən də Ozobiçin Xorvatiya yığmasının toplanışına yollanmasına şərait yaradacağıq. Amma belə, təbii ki, bu cür toplanışlar klubların hazırlığına mane olur".
