17 dekabr 2016 00:20
Vüqar Əsgərov Latviyada ilin futbolçusu seçildi
Azərbaycanlı hücumçu Vüqar Əsgərov Latviyada ilin futbolçusu seçilib. Bu barədə azerisport.az saytına təcrübəli forvard özü məlumat verib.
O, klub məşqçiləri, mətbuat və Latviya Futbol Federasiyası nümayəndələri arasında aparılan sorğuda mövsümün ən yaxşısı seçilib.
Qeyd edək ki, son mövsümü "Olayne" klubunda keçirən Əsgərov 40 qol vurmaqla yanaşı, həm də Birinci Divizionun simvolik heyətinə düşüb.
