16 dekabr 2016 22:00
Qəbələ qış çempionu oldu
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 14-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə üç qarşılaşma baş tutub.
“Sumqayıt” doğma meydanda “Zirə”yə uduzub. “Qarabağ” “İnter”lə qarşılaşmada heç-heçəyə razılaşıb.
“Qəbələ” isə “Kəpəz”i darmadağın edərək qış çempionu olub.
Əvəzedicilərin çempionatı
14-cü tur
16 dekabr
“Sumqayıt” - “Zirə” - 2:3
Qollar: Aqşin Hüseynov, 39. Xaliq İbrahimov, 78-pen. - Sahil Cəfərov, 1. Müşfiq İlyasov, 56. Muxtar Əliyev, 63.
“Qəbələ” - “Kəpəz” - 4:1
Qollar: Qismət Alıyev, 15. Fərid Nəbiyev, 31. Ülvi İsgəndərov, 53; 83. - Əli Səmədov, 22.
“Qarabağ” - “İnter” - 0:0
| 1 | Qəbələ | 14 | 9 | 2 | 3 | 31-14 | 29 |
| 2 | Neftçi | 14 | 9 | 1 | 4 | 22-15 | 28 |
| 3 | Qarabağ | 14 | 8 | 3 | 3 | 25-13 | 27 |
| 4 | Zirə | 14 | 5 | 5 | 4 | 17-14 | 20 |
| 5 | İnter | 14 | 5 | 4 | 5 | 9-10 | 19 |
| 6 | Kəpəz | 14 | 3 | 4 | 7 | 13-20 | 13 |
| 7 | Sumqayıt | 14 | 4 | 1 | 9 | 21-31 | 13 |
| 8 | AZAL | 14 | 3 | 0 | 11 | 18-39 | 9 |
Şahin Əliyev ("Qarabağ") - 7 qol | |||||||
