16 dekabr 2016 18:30
Derbinin yeri və vaxtı dəyişdirildi
Topaz Premyer Liqasının 14-cü turunun “Neftçi” – AZAL oyununun məkanı dəyişdirilib. Azerisport.az xəbər verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, “Bakcell Arena”da deyil, “Dalğa Arena”da reallaşacaq.
Buna səbəb “Bakcell Arena”nın ot örtüyünün yağan qar səbəbindən yararsız hala düşməsidir.
Odur ki, Peşəkar Futbol Liqası “Neftçi” klubunun xahişinə əsasən “Neftçi” – AZAL matçının “Dalğa Arena”da keçirilməsinə razılıq verib. Qarşılaşma sabah saat 16:00-da “Dalğa Arena”da start götürəcək.
