16 dekabr 2016 18:00
Millimiz Gürcüstana məğlub oldu
Tiflis şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə gürcüstanlı futbolçuların xeyrinə yekunlaşıb.
Yığmamızın qollarını Samir Oruclu və Hikmət Verdiyev vurub.
