16 dekabr 2016 17:30
Elxan Abdullayev: AZAL-a qalib gəlməyə çalışacağıq
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 14-cü turunda AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər şey plan üzrə gedir. Yeganə itki Araz Abdullayevin yoxluğudur. Xəstələndiyinə görə bu oyunu buraxmalı olacaq. Amma kimin meydana çıxmasından asılı olmayaraq, hər bir futbolçu oyunun vacibliyini başa düşür. Bizə xallar lazımdır. Fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik. AZAL-a qalib gəlməyə çalışacağıq".
