16 dekabr 2016 16:30
Ayaz Quliyev: Ramil Şeydayev daha çox oynamalı, təcrübə toplamalıdır
Moskva "Spartak"ının ikinci komandasında oynayan Ayaz Quliyev Türkiyənin "Trabzonspor" klubunun yarımmüdafiəçisi Ramil Şeydayevin "Neftçi"yə mümkün keçidi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ramil daha çox oynamalı, təcrübə toplamalıdır. "Neftçi" onu dəvət etməyi, şans verməyi arzulayırsa, bu, yaxşı variantdır. Düşünmürəm ki, Bakı klubunun turnir cədvəlindəki mövqeyi Şeydayev üçün problem yaratsın. Əsas odur ki, Ramil bu kluba keçməklə özünü göstərə bilsin".
