16 dekabr 2016 13:40
Neftçi Krşevan Santini ilə müqaviləyə xitam verdi
"Neftçi” xorvatiyalı qapıçı Krşevan Santini ilə müqaviləyə xitam verib. Azerisport.az xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.
Mövsümün əvvəlində transfer edilmiş Santini "Neftçi”nin heyətində 12 oyunda meydana çıxmışdı.
