16 dekabr 2016 13:20
Zaur Svanadze: Müsbət nəticəyə ümidimizi itirmirik
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Həmişə olduğu kimi, Ağdam klubuna qarşı oynamaq çətin olacaq. Tərslikdən, heyətlə bağlı ciddi itkilərimiz var. Əsas heyətin dörd üzvü komandaya kömək edə bilməyəcək. Görək oyun nə göstərəcək. Müsbət nəticəyə ümidimizi itirmirik. Sonadək oynayacağıq".
