16 dekabr 2016 13:00
Neftçi kapitanının xidmətindən məhrum qalıb
"Neftçi" Topaz Premyer Liqasının 14-cü turunun AZAL-la oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, "Zirə" ilə kubok qarşılaşmasını buraxan bütün futbolçular artıq sıraya dönüblər.
"Ağ-qaralar" paytaxt derbisinə yalnız bir itki ilə çıxacaqlar. Belə ki, xəstə olan kapitan Araz Abdullayev qarşılaşmanı buraxmalı olacaq.
