16 dekabr 2016 11:00

“Ozobiçin Xorvatiya millisinə dəvət almasında heç bir gözlənilməzlik yoxdur”

"Bakı"nın xorvatiyalı sabiq kapitanı Ernad Skuliç "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiçin Xorvatiya millisinə dəvət almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Ölkəsinin yığma komandasında oynamaq hər bir futbolçu üçün sevindirici faktdır. Ozobiçlə yanaşı, yerli çempionatdan da milliyə xeyli oyunçu dəvət alıb. Ozobiçin "Qəbələ"də uğurlu çıxış etdiyini Azərbaycan mətbuatından öyrəndim. Onun Xorvatiya millisinə dəvət almasında heç bir gözlənilməzlik yoxdur. "Qəbələ" ardıcıl ikinci ildir Avropa Liqasının qrup mərhələsində çıxış edir. Bu üzdən də onun oyunçusunun milliyə dəvət alması normaldır. Digər tərəfdən, Ante Çaçiç də Azərbaycan çempionatını izləyir. Ozobiçi dəvət etməklə də doğru addım atdı. Əlbəttə, Rakitiç, Modriç çox güclü futbolçudur. Amma Ozobiç də gəncdir və millidə möhkəmlənə bilər. Çaçiç böyük ehtimalla Robert Prosineçkinin də məsləhətlərinə qulaq asıb. Çünki o, Azərbaycandakı bütün futbolçuların çıxışından xəbərdardır. Şadam ki, Azərbaycan çempionatından Xorvatiya millisinə oyunçu dəvət edildi. Mən Azərbaycanda oynadığım dövrdə bu, mümkünsüz idi. Deməli, çempionatınız inkişaf edir. Amma hazırda orada xorvatiyalı futbolçuların sayının niyə az olduğunu anlamıram. Mənim dövrümdə xorvatlar orada çox idi. Görünür, indi onlara etimad göstərilmir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.