16 dekabr 2016 00:30
Dəniz Yılmaz Bursasporun qələbəsini kənardan izlədi
Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, G qrupunda yer alan Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Ümraniyəspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.
Dəniz bu qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, ilk turda heç-heçə edən Bursa təmsilçisi hazırda 4 xalla qrup lideridir.
