15 dekabr 2016 22:00
İnterin futbolçuları qara meydanda oxudu
"İnter" Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün paytaxt klubunun məşq etdiyi "İnter Arena"nın qazonunu qar örtsə də, futbolçular növbəti məşqə çıxıblar.
Onlar hətta bundan istifadə edib, qar üstündə əylənməyə də imkan tapıblar. Onların bir yerdə qaçaraq qazonda süründüyü anı isə klub əməkdaşları belə lentə alıblar.
