"Daha yüksək hədəflərə çatmaq üçün Qarabağa güclü legionerlər lazımdır"
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Sedat Şaini bu komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın pley-offa çıxa bilməməsinə məyus oldum. "Slovan"a hər iki oyunda qalib gələ bilməmələri ümumi nəticəyə çox böyük təsir göstərdi. "Qarabağ" hər mövsüm uğur qazanmaq üçün çalışır. Bu da oxşar heyətlə, eyni baş məşqçinin rəhbərliyi altında oynamağın nəticəsidir. Amma Avroliqa, Çempionlar Liqası fərqli səviyyədi. Daha yüksək hədəflərə çatmaq üçün güclü legionerlər lazımdır. Reynaldonun zədəli olmasından xəbərim var. Azərbaycan çempionatının səviyyəsi əvvəlki kimi deyil. İndi çempionluq uğrunda mübarizə yalnız "Qarabağ"la "Qəbələ" arasında gedir ki, bu da beynəlxalq oyunlarda klubların çıxışına az təsir göstərmir".
