Kazbek Tuayev: Neftçi ilə Ramil Şeydayevin maraqları üst-üstə düşür
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Azərbaycan yığmasının və Türkiyənin "Trabzonspor" klubunun hücumçusu Ramil Şeyayevin "Neftçi"yə keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ramil artıq yaşa dolmuş adamdır. Qoy harada oynayacağına özü qərar versin. "Trabzonspor"da ehtiyatda qalıb, pulunu qazanmağı düşünürsə, qoy belə davam etsin. Oynamaq istəyirsə, özünə başqa komanda tapsın. "Neftçi" bu futbolçunu heyətində görməyi çox istəyirsə, bu, Şeydayevin əvvəlki formasını bərpa etməsi üçün yaxşı şansdır. Sonra o, heç kimə lazım olmayacaq. Bizim Premyer Liqa Türkiyə Super Liqası qədər yaxşı deyil. Amma istənilən halda Ramil burada oyun təcrübəsi qazana bilərdi. Oynamasa, bu, ona heç nə verməyəcək. Mənə elə gəlir ki, "Neftçi" ilə Şeydayevin maraqlı üst-üstə düşür: bakılılar əvvəlki şöhrətini qaytarmaq istəyir, Ramil isə özünü göstərməyi".
