15 dekabr 2016 16:30

“Şeydayev Azərbaycan vətəndaşlığını qəbul etməklə özü hər şeyi korladı”

Rusiyanın "Zenit" klubunun uşaq futbol məktəbinin məşqçisi olan Boris Rapoport keçmiş yetirməsi, Azərbaycan yığmasının və Türkiyənin "Trabzonspor" klubunun hücumçusu Ramil Şeydayev barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

"Şeydayev "Zenit"də qalmalı idi. Hansı ki, indi hücum xəttində onsuz da geniş seçim imkanı yoxdur. Amma o, fərqli qərar qəbul etdi. Başa düşürəm ki, o, "Trabzonspor"a getməklə oyun təcrübəsi qazanmaq istəyirdi. Amma məndə olan məlumata görə, orada da oynamır. Görünür, o, Ramilin əslində nəyə qadir olduğunu bilməyən insanlarla çalışır".

"Məndə elə təəssürat yaranır ki, Şeydayevin bu seçimində maliyyə şərtləri əsas rol oynayıb. Bunun başqa izahı yoxdur. Çünki "Zenit"də onun üçün hər şey normal idi. Belə axmaq qərar qəbul etməməli idi. "Trabzonspor"da oynamırsa, deməli, geri gedir, yaş da yerində dayanmır. Növbəti addım hansısa Azərbaycan klubuna keçmək olacaq".

"Şeydayev yeni pasportla Rusiyaya qayıtsa, Premyer Liqada altı legioner sırasına düşmək üçün ciddi səviyyəyə malik olmalısan. Bu da çox çətindir. Ramil Azərbaycan vətəndaşlığını qəbul etməklə özü hər şeyi korladı. Onun bu seçimini də anlaya bilmirəm. Çünki Azərbaycan yığması heç vaxt Avropada və ya dünyada böyük turnirlərin iştirakçısı olmayıb. Sadəcə, seçmə mərhələlərdə iştirak edən yığma komandanı seçməyin mənası nədir? Şeydayevə görə çox təəssüflənirəm. Çünki o, Rusiyanın gənclərdən ibarət yığmasının aparıcı qüvvəsi idi. Belə bir yetirməmizin olması qürurverici idi".

"Ramil bizimlə əlaqə saxlamır. Bizdən uzaqlaşıb. Burada futbolun sirlərini öyrənən, başqa-başqa şəhərlərdə futbol oynayan əksər yetirməmiz əlaqə saxlayır. Amma Ramil yox. Bu da çox təəccüblüdür. Çünki o, bizim məktəbdə altı il futbolla məşğul olub".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.