15 dekabr 2016 15:10
Neftçi Şıkovla müqaviləyə xitam verdi
“Neftçi” makedoniyalı futbolçu Vançe Şıkov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Azerisport.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.
Xatırladaq ki, mövsümün əvvəlində transfer edilmiş makedoniyalı müdafiəçi “Neftçi”nin heyətində 9 oyunda meydana çıxmışdı.
