15 dekabr 2016 14:30

Qurban Qurbanov ilin ən yaxşısı seçilməsindən danışdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Komanda" qəzetinin jurnalistlər arasında keçirdiyi sorğuda 2016-cı ilin ən yaxşı məşqçisi elan olunmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, mükafatın təqdim edilmə mərasimində bunları söyləyib:

"Mənim üçün bu mükafat qiymətlidir. Bundan sonra da işimi daha da yaxşı şəkildə görməyə çalışacağam. Ancaq Azərbaycan futbolu barədə düşünürəm. Sağ olun ki, mənim əziyyətimi qiymətləndirirsiniz. Bizim jurnalistlər dünyanın ən yaxşısıdır. Xalqımız digər millətlərdən fərqlənir. Hər sahədə yaxşı mənada fərqlənirik. Elə xüsusiyyətlər var ki, digər millətlərdə ona rast gəlmək olmur. Ola bilər ki, hər şeyi reallaşdıra bilmirik. Daha yaxşı nəticələr qazanmağa davam etməliyəm. Bu il ən yaxşı məşqçi adını Robert Prosineçki haqq edirdi. Azərbaycan yığması indiyə qədər heç bir seçmə mərhələnin əvvəlində bu qədər xal toplamamışdı. Onun gəlişindən sonra milliyə inam artıb. Roman Qriqorçukun da son illər futbolumuzun inkişafında öz payı var. Mənə haradasa asandır, çünki Bakıda çalışıram. Amma Qriqorçuk Qəbələdə çalışmaqla belə uğurlar qazanır. Bir sözlə, Prosineçki ilə Qriqorçuk da bu gün mənim yerimdə ola bilərdi. Bu cüt titullardan sonra daha da məsuliyyətli olmalıyam. Tənqidlərdən küsməyə haqqımız yoxdur. Əvvəllər bizi valideynlərimiz tənqid edərdilər, onu da bizə görə edərdilər. Sizin tənqidiniz də bizim xeyrimizədir. Hamınıza təşəkkür edirəm, uğurlar arzulayıram. Mən mətbuata həmişə açığam".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.