15 dekabr 2016 12:00
"Qarabağın iki oyunçusunu Beşiktaşa məsləhət görmüşəm"
Türkiyəli mütəxəssis Güvənç Kurtar Azərbaycan və Türkiyə çempionları - "Qarabağ" və "Beşiktaş" klubları arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq matçına dair fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu komandalar arasındakı yoldaşlıq matçının maraqlı keçəcəyinə əminəm. Çünki hər ikisi ölkəsinin ən güclü təmsilçisidir. Etiraf edim ki, hələ xeyli müddət əvvəl "Beşiktaş" rəsmilərinə "Qarabağ"ın iki futbolçusunu məsləhət görmüşdüm. Bunlar Riçard Almeyda və Bədavi Hüseynovdur. İndi onlar öz gözləri ilə hər şeyi görəcəklər".
