15 dekabr 2016 01:00

Azərbaycanlı futbolçu bu davranışı ilə Türkiyədə gündəm oldu

Qadın futbolu üzrə Türkiyə Birinci Liqasının "Kireçburnu" - "1207 Antalya Döşemealtı Belediyespor" matçında azərbaycanlı futbolçu Aysun Əliyevanın örnək davranışı qardaş ölkədə böyük əks-sədaya səbəb olub. Azerisport.az xəbər verir ki, oyunun gedişində meydan sahiblərinin nigeriyalı futbolçusu İjeoma Daniels ağır zədə alaraq meydanı tərk etmək məcburiyyətində qalıb.

Amma o, ağrı səbəbindən meydanı özü tərk edə bilməyib. Bunu görən azərbaycanlı futbolçu dərhal özündən ağır olan rəqibini kürəyinə alaraq, lazım olan yerə qədər aparıb.

Futbol meydanlarında elə də çox rast gəlinməyən bu anı qarşılaşmanı izləyən Feridun Gömleksiz adlı fotoqraf çəkərək sosial şəbəkədə yerləşdirib və Aysunun davranışına dair bunları qeyd edib: "Çox duyğulandım. Kaş kişi futbolunda da belə ola, matçlar dostca və qardaşca keçə". Məhz onun bu paylaşımı idmansevərlərin diqqətini çəkib. Xüsusilə Adanadan olan idman ictimaiyyəti və azarkeşlər Əliyevaya feyr-pley mükafatı təqdim olunmasını təklif ediblər.

Türkiyə mətbuatı azərbaycanlı futbolçunun özündən də bu məsələ ilə bağlı fikir öyrənib. 19 yaşlı Aysun rəqib oyunçunu o halda görüncə daha öncə bənzər zədə yaşamış biri kimi özünü onun yerinə qoyduğunu söyləyib: "Öncə onun qoluna girib aparmaq istədim. Amma bunun çox çəkəcəyini görüb, kürəyimə aldım və komanda yoldaşlarının yanında buraxdım. İçimdən gəldi. Çünkü qızın durumu pis idi və yeriyə bilmirdi. Daha öncə mən də zədələnmişəm. Onun nələr yaşadığını anladım və özümü onun yerinə qoydum. O üzdən də kömək etmək istədim".

Bu davranışına görə xoş sözlər eşitdiyini bildirən Aysun ona feyr-pley mükafatı verilməsinə dair təkliflərə də münasibət bildirib: "Buna görə utanıram. Çünki mənə elə gəlir ki, hər kəs kameralar qarşısında belə hərəkət etdiyimi düşünəcək. İçimdən gəldiyi üçün elə davrandım. Məncə çox böyüdüləcək bir şey deyil. Hər kəsin etməli olduğu normal bir iş gördüyümə inanıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.