15 dekabr 2016 00:20
Ramilsiz Trabzonspor yenə qələbəyə həsrət qaldı
Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası - "Trabzonspor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Konyaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Ramilin adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, ilk turda məğlub olan Trabzon təmsilçisi hazırda 1 xalla qrup üçüncüsüdür.
