14 dekabr 2016 19:00
Gerhard Proqni: Neftçiyə 0:3 hesablı yenilgi bizim üçün də şok oldu
"Zirə"nin yarımmüdafiəçisi Gerhard Proqni Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyundan (0:3) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"yə qalib gəlmək, cavab oyunu öncəsi üstünlük qazanmaq istəyirdik. Amma hər şey fərqli alındı. "Neftçi"y 0:3 hesablı yenilgi bizim üçün şok oldu. Bu, bizə dərs olmalıdır. Ümid edirəm ki, növbəti matçda yaxşı nəticə qazana biləcəyik. Yarımfinala vəsiqə qazanmaq çox çətin olacaq. Lakin öz gücümüzə inanmalıyıq. Biz də "Neftçi"yə bu hesabla qalib gələ bilərik. Sadəcə, inamaq və ən yaxşı oyunumuzu sərgiləmək lazımdır".
