14 dekabr 2016 17:00
Filip Ozobiç: Xorvatiya milli komandasına dəvət gözlənilməz oldu
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Xorvatiya millisinə dəvət almasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmaya dəvət aldığım üçün xoşbəxtəm. Bu, mənim üçün tam gözlənilməz oldu. Belə güclü komandaya dəvət almaq inanılmaz hissdir. Xorvatiya yığması dünyanın ən güclü millilərindən biridir. Bu komandada dünya səviyyəli futbolçular çıxış edir. Onlarla bir komandada oynamaq inanılmazdır. Belə bir dəvət almaq üçün çox çalışırdım. Bu, çəkdiyim zəhmətin nəticəsidir. Burada "Qəbələ"nin də rolu var. Çünki məhz bu klubdakı uğurlu çıxışım sayəsində milliyə dəvət olundum".
