14 dekabr 2016 16:30
Prosineçki Azərbaycanı tərk edir
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki istirahətə yollanır. Azerisport.az xəbər verir ki, dekabrın 17-də o, Bakını tərk edərək, vətəni Xorvatiyaya yollanacaq.
Böyük ehtimalla o, yanvar ayında iş başına qayıdacaq. Xorvatiyalı mütəxəssis klublarımızın təlim-məşq toplanışını izləmək üçün birbaşa Türkiyəyə yollanacaq.
