“Ozobiçin Xorvatiya millisinə dəvət alması böyük hadisədir”
"Qəbələ"nin baş meneceri Zaur Əzizov komandanın yarımmüdafiəçisi Filip Ozobiçin Xorvatiya yığmasına dəvət almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"nin futbolçusunun Xorvatiya millisinə dəvət alması böyük hadisədir. Azərbaycanda çıxış edən legionerlərin böyük əksəriyyətinin milli üzvü olmadığını nəzərə alsaq, futbolçumuzun belə bir komandaya çağırılması sıradan bir olay deyil. Həm futbolçunun özü, həm də "Qəbələ" üçün. Xorvatiyalı futbolçularla dünyanın aparıcı bütün çempionatlarında rastlaşa bilərik. Ona görə də biz bu dəvətə görə ancaq sevinə bilərik. Şübhəsiz ki, bütün bunlar elə belə olmur. "Qəbələ"nin, eləcə də futbolçunun özünün Avropa Liqasındakı uğurlu çıxışı bu dəvəti labüd etdi. Xorvatiya millisinin heyətinə nəzər saldıqda orada "Real", "Barselona", "İnter" kimi klubların futbolçularına rast gələrdik. İndi isə onların sırasında "Qəbələ"nin də oyunçusu var".
