Beşiktaş Qarabağla yoldaşlıq matçını niyə keçirir?
Xəbər verdiyimiz kimi, Türkiyənin "Beşiktaş" klubu yanvar ayında Azərbaycana gəlmək istəyir. Azerisport.az xəbər verir ki, İstanbul nəhəngi Bakıda Azərbaycanın ən güclüsü "Qarabağ"la yoldaşlıq matçı təşkil etməyə hazırlaşır.
Əldə etdiyimiz məlumata görə, bu oyunu keçirməkdə məhz Türkiyə klubu maraqlıdır. Məsələ burasındadır ki, Azərbaycanda böyük azarkeş ordusu olan "Beşiktaş" buradakı tərəfdarlarının sayını daha da artırmaq arzusundadır. Bunun üçün isə ölkəmizdə müvafiq marketinq əməliyyatlarının aparılması lazımdır. "Beşiktaş"ın Bakıda "Kartal Yuvası" adlı fan-şop açması da gözlənilir.
Qeyd edək ki, sözügedən matç baş tutsa, baş məşqçi Şenol Günəşin Azərbaycana əsas heyəti gətirməsi gözlənilir. Lakin "Qarabağ" da yanvarda qardaş ölkəyə təlim-məqş toplanışına gedəcəyindən, bu qarşılaşmanın taleyi hələlik, sual altındadır.
