14 dekabr 2016 15:00
AFFA rəsmiləri loqotip təqdimatında
Belçikanın paytaxtı Brüsseldə bu şəhərin AÇ-2020-nin ev sahibi şəhərlərindən biri kimi loqotipinin təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva iştirak edib.
Brüssel şəhərinin meriya binasında təşkil olunan tədbirə UEFA İcraiyyə Komitəsinin üzvü Mixael van Praaq da qatılıb.
Xatırladaq ki, sentyabrın 30-da Bakıda təşkil olunmuş analoji tədbirdə Belçika Futbol Federasiyasının nümayəndələri iştirak etmişdi.
