14 dekabr 2016 14:30

Kərim Diniyev: Cütün taleyi Gəncədə müəyyənləşəcək

"Kəpəz"in yarımmüdafiəçisi Kərim Diniyev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Çempionatda iki oyunda uduzmadığınız "İnter"ə kubokda məğlub oldunuz. Niyə?
- Oyunumuz alınmadı. Çətin olacağını bilirdik. Amma görünür qismət belə imiş ki, uduzduq.

- İlk oyundakı 0:2 hesablı məğlubiyyət sizin şansınızı 60-70% azaltdı. Razısız?
- Əlbəttə, məğlubiyyət şansımızı xeyli azaltdı. Amma hələ hər şey bitməyib. Yarımfinala kimin çıxacağına Gəncədəki oyunda aydınlıq gələcək. Lazım olan nəticəni qazanmağa çalışacağıq.

- Epizodların birində Şahin Diniyev sizə nəsə irad bildirdi. Nə deyirdi?
- İlk zərbəm alınmadı. İkinci epizodda vura bilərdim, amma ötürmə etdim. Baş məşqçi də bu qərarımla razılaşmadı və soruşdu ki, niyə özün zərbə vurmadın?

- Gəncədəki oyunda əsas üstünlük qazonun vəziyyəti ola bilərmi?
- Gəncədə əsas üstünlüyümüzü doğma meydanda oynamağımız, fanatlarımızın dəstəyidir. Onlar bizi həmişə dəstəkləyirlər.

- Ötən mövsümlə müqayisədə bu il hücum xəttiniz çox dişsiz görünür. Bu, Dario Juniorun yoxluğunun nəticəsidir?
- Səbəb təkcə onun yoxluğu deyil. Qol vura bilmiriksə, burada bütün komandanın günahı var.

- Üç gün sonra "Qəbələ" ilə çempionat oyununuz var. Bu oyun daha vacibdir, ya "İnter"lə kubokun cavab görüşü?
- Fərqli oyunlar olsa da, hər ikisi bizim üçün çox önəmlidir. Hər ikisindən qalib ayrılmaq istəyirik.

- "Kəpəz" uduzanda ən çox özünüzə, komandanıza, ya Şahin Diniyevə görə üzülürsünüz?
- Komandamıza görə pis oluram. Buraya oyunçular da, məşqçilər də, digər işçilərimiz də daxildir. Hamımız əziyyət çəkirik.

- Qardaşınız Coşqun Diniyev "Qarabağ"ın heyətində qol vurdu. Onu təbrik etdiniz?
- Təbrik etdim. Ona görə çox sevindim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.