Futbolçuya bir illik cəza, klubuna texniki məğlubiyyət
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında baş tutan müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
U-17 Liqasında “Qəbələ” - “Səbail” matçının 35-ci dəqiqəsində “Səbail”in futbolçusu Fərid Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
U-16 Liqasında “Sumqayıt” - “Neftçi” matçının 78-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Rəvan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
U-15 Liqasının “Gəncə” TİM - “Vətən” matçının 65-ci dəqiqəsində “Vətən”in futbolçusu Əli Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
U-12 Liqasında “Bahar” Sİİ (Beylaqan) - Horadiz (Füzuli) matçının 35-ci dəqiqəsində “Bahar” Sİİ klubunun futbolçusu Aqşin Miriyev və “Horadiz”in futbolçusu Bəhlul Əhmədov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanıb. Oyunun 50-ci dəqiqəsində “Bahar” Sİİ klubunun futbolçusu Elcan Behbudov və “Horadiz”in futbolçusu Həsən Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanıb.
Futzal üzrə Azərbaycan Həvəskarlar Liqasının “Liman” FK - “Cəfəri” matçının 88-ci dəqiqəsində “Cəfəri”nin futbolçusu Fuad Məlikov oyunun rəsmi şəxsinə qarşı aqressiv davranış və təhqiredici ifadələr işlətdiyinə görə 12 ay yarışlardan kənarlaşdırılıb. Oyunun 88-ci dəqiqəsində “Cəfəri”nin futbolçuları ucbatından oyun tam başa çatmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
