14 dekabr 2016 14:10
Azarkeşləri Qəbələ və Neftçini ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:
“Qəbələ” - AZAL matçında “Qəbələ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
“Zirə” - “Neftçi” matçının 30-cu dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.
