14 dekabr 2016 13:40

Şəhidlərimizin xatirəsinə həsr olunmuş turnirin qalibləri bəlli oldu

Qazax Olimpiya İdman Kompleksində aprel döyüşlərində şəhid olmuş Orucov Mühüd Qurban oğlu, Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş mini futbol turniri başa catıb. Azerisport.az xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən final tədbirində idarə, müəssisə və təşkilat rəhbərləri, idmançılar, gənclər, "N" saylı hərbi hissənin əsgərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları öncə aprel döyüşlərində həlak olmuş bütün şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Turnirin keçirilməsində əsas məqsəd rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkili, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.

Hər üç şəhidin valideyni – Qurban Orucov, Məmməd Namazov və Məhəmməd Əliyev çıxış edərək övladlarının xatirəsini əziz tutduqlarına, yaddan çıxarmadıqlarına görə əməyi keçən hər kəsə ailələri adından öz dərin minnətdarlıqlarını çatdırıblar.

Məlumat üçün bildirək ki, 10 gün ərzində gərgin idman mübarizəsi şəraitində keçən turnirdə ümumilikdə Qazax və Ağstafa rayonlarından 22 komandanın 220 idmançısı iştirak edib. Final qarşılaşması “N” saylı hərbi hissənin “Hərbçilər” və Ağstafa rayonundan olan “Qarabağ” komandası arasında olub.

Qalib komanda adına isə 6:3 hesabı ilə “Hərbçilər” komandası layiq görülüb.
Sonda müxtəlif nominasiyalar üzrə turnirdə iştirak edən idmançılara Diplom və medal təqdim olunub. Tədbirin yaddaqalan məqamlarından biri də o olub ki, qalib komandanın üzvləri qazandıqları medalları şəhidlərimizin analarına təqdim ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.