14 dekabr 2016 13:20
Sumqayıt 0:6-ya görə heç bir cəza verməyə hazırlaşmır
"Sumqayıt"ın meneceri Ceyhun Sultanov bəyan edib ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a 0:6 hesablı məğlubiyyətə görə futbolçuları cəzalandırmayacaqlar. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamız çox zəif çıxış etdi. "Qarabağ" bizdən çox güclüdür. Bizdə isə əksinə, heç nə alınmadı. Futbolçuları cəzalandıracağıqmı? Xeyr. Qarşıda "Zirə" ilə çempionat oyunu var. Ona yaxşı hazırlaşmalıyıq. Vəziyyəti düzəldəcəyimizə inanıram".
