14 dekabr 2016 13:00
Milan Orsuliç: APOEL Qarabağdan daha güclüdür
"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi, hazırda Kiprin "Omoniya" klubunda çıxış edən Milan Orsuliç bu ölkənin ən güclü komandası APOEL-i Azərbaycan çempionu "Qarabağ"la müqayisə edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən "Xəzər Lənkəran"da oynayanda da "Qarabağ" çox güclü idi. Bu komandanın Avropa Liqasındakı oyunlarını görmüşəm. Son turda onlar "Fiorentina"ya uduzdular. "Qarabağ" yaxşı komandadır, amma APOEL daha güclüdür. Kipr çempionatı da Azərbaycan Premyer Liqasından güclüdür. Çünki burada pul da çoxdur. "Qarabağ"la APOEL-in oyun üslubu çox bənzərdir. Amma "Qarabağ" pley-offa çıxa bilmədiyi halda, APOEL bunu bacardı, özü də qrup birincisi kimi. Bu komandada çoxlu legioner çıxış edir".
