14 dekabr 2016 12:40
“Şeydayevin Neftçiyə keçidi onun özündən asılıdır”
"Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadə Azərbaycan yığmasının və Türkiyənin "Trabzonspor" klubunun hücumçusu Ramil Şeydayevin mümkün transferindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şeydayevin "Neftçi"yə keçidi onun özündən asılıdır. Futbolçu özü bunu istəsə, klubu ilə danışıqlara başlaya bilərik. Amma onu buna məcbur edə bilmərik. Ola bilər ki, futbolçu özü Azərbaycanda oynamaq istəməsin. Bəlkə də Türkiyənin başqa klubunda oynamaq istəyir. Baş məşqçimiz Elxan Abdullayev artıq söyləyib ki, klubumuzun qapısı hər bir milli futbolçunun üzünə açıqdır. Mən də onun sözlərinə qoşuluram. Şeydayev bizim arzumusu bilir".
