14 dekabr 2016 12:20
Kəpəz Qəbələni Gəncədə qəbul etməyəcək
Topaz Premyer Liqasının 14-cü turunun "Kəpəz" - "Qəbələ" oyunu Gəncədə keçirilməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb Gəncə şəhər stadionunun qazonunun pis vəziyyətdə olmasıdır.
Bu üzdən də ikinci dövrədəki oyun Qəbələdə baş tutacaq. Oyun dekabrın 17-də keçiriləcək.
