14 dekabr 2016 00:20

Səlahət Ağayev: İki gün öncə maaşımızı aldıq, İnterdə hər şey qaydasındadır

"İnter"in qapıçısı Səlahət Ağayev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Oyun barədə nə deyə bilərsiniz?
- Yaxşı oynadıq. Bunun da nəticəsi kimi qələbə qazandıq. Özü də yaxşı hesabla. Qol buraxmamaq vacib idi. Lakin yenə də arxayınlaşmaq olmaz. Gəncədə bizi çətin cavab matçı gözləyir.

- Bu mövsüm çempionatda gəncəlilərlə hər iki oyun heç-heçə bitmişdi. Bu baxımdan müəyyən gərginlik yox idi?
- Xeyr. Komandamız da, nəticələrimiz də sabitdir. Qələbə qazana bilməyəndə də ən azı uduzmuruq. Komandada hər şey qaydasındadır.

- 2:0 yarımfinala çıxmaq üçün yetərlidir?
- Futbolda hər şey ola bilər. Həm də biz 5:0 hesabıyla qalib gəlməmişik ki, o dərəcədə arxayın olaq. Mərhələ adlamaq istəyiriksə, sonadək mübarizə aparmalı, cavab matçında da uğurlu nəticə qazanmalıyıq.

- Matçın sonunda bir neçə qol şansını boşa verdiniz. Cavab matçında bunun sizə baha başa gələcəyindən ehtiyatlanmırsınız?
- Onları qola çevirməyimiz əla olardı. Fikrimcə, 2:0 ilk oyun üçün pis nəticə deyil.

- Qarşıda "Qarabağ"la çempionat oyunu var...
- "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilmədiyini nəzərə alsaq, onlar tam çempionata köklənəcəklər. Amma mən komandamıza inanıram. Ən azından xal qazanacağımıza.

- "İnter"də yenidən maliyyə problemlərinin yarandığı, buna görə qışda bəzi futbolçuların komandanı tərk edəcəyi bildirilir...
- Biz də bu barədə eşitmişik. Amma komandamızda hər şey qaydasındadır. İki gün əvvəl də maaşımızı almışıq.

- Sizə başqa klublardan dəvət gəlməyib?
- Mənim klubla müqaviləmin müddəti may ayına qədərdir. Ona görə də indi bu barədə heç nə deyə bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.