14 dekabr 2016 00:05

AFFA UEFA-nın ayırdığı vəsaiti Xəzər Lənkərana niyə vermək istəmir?

Xəbər verdiyimiz kimi, UEFA digər Azərbaycan klubları kimi, "Xəzər Lənkəran" üçün də 171,687.68 avro vəsait ayırıb. Azerisport.az xəbər verir ki, AFFA həmin məbləği cənub klubuna ödəmək istəmir.

Hər halda bu məsələ ilə bağlı qurumun rəsmi saytının yaydığı məlumatda belə qeyd olunub: “Xəzər Lənkəran” klubunun AFFA, PFL, FIFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq".

Bunun səbəbi isə təbii ki, "Xəzər Lənkəran"ın hazırda komanda olaraq fəaliyyətini dondurmasıdır. Lakin aşağı yaş qrupları üzrə komandaları ilə müxtəlif çempionatlarda təmsil olunan cənub klubu AFFA-nın bu məsələ ilə bağlı yanaşması ilə razılaşmır. Klubun mətbuat xidmətini rəhbəri Hüseyn Cəbrayıloğlunu dediklərinə diqqət yetirək:

"XL rəsmi olaraq bağlanmayıb. Klubun mövcud olmadığı barədə də heç bir elan verilməyib. Sadəcə, əsas komandamız Topaz Premyer Liqasında və Birinci Divizionda çıxışını dayandırıb. Klub öz əməkdaşları ilə fəaliyyətini davam etdirir. Biz hansı bordan söhbət getdiyini bilmirik. Çünki ötən mövsüm teleyayıma görə əldə etməli olduğumuz məbləğ məhz AFFA və PFL-ə olan borcların bağlanmasına getdi. Yerdə nəsə qalıbsa da belə, o, çox cüzi məblğədir. Hətta yerdə qalan borclar bağlandıqdan sonra da pulun qalan hissəsinə görə AFFA-nın niyə FİFA və UEFA-ya müraciət etmək istədiyini anlamırıq. Buna görə AFFA-ya müraciət edəcəyik ki, UEFA-nın ayırdığı məbləğ klubumuza verilsin".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.