14 dekabr 2016 00:00

Jonas Pessalli: Neftçinin lideri olmaq istərdim

“Neftçi”nin hücumçusu Jonas Pessalli Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Zirə” üzərində 3:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə braziliyalı vurduğu 3 qoldan, komandasındakı lider problemindən danışıb.

- Matçla bağlı fikirləriniz necədir?
- Oyun gözlədiyimiz kimi çətin başladı. Məşqçi tapşırmışdı ki, yaxşı müdafiə olunaq, imkan düşdükcə əks-hücumlar təşkil edək. Bunu bacardığımız üçün çox sevinirəm.

- Bu matçda 3 qol vurmağınız sizin üçün gözlənilməz olmadı ki? Ümumiyyətlə, daha öncə het-trik etmişiniz?
- Qol vuracağıma əmin idim, amma 3 qol gözləmirdim. Bundan öncə də Fransa kubokunda het-trik etmişdim. Bu, ikinci dəfədir. Əsas odur ki, komandamız qalib gəldi.

- Baş məşqçi göstəriş verməsəydi, penaltini “Panenka zərbəsi” ilə vuracaqdınız?
- “Panenka zərbəsi”ni heç məşqlərdə belə yoxlamamışam. Ona görə də heç ağlımdan keçmirdi. Sadəcə, elə alındı.

- “Neftçi” artıq yarımfinaldadır?
- Hələ yox. Kubok oyunu 180 dəqiqədən ibarətdir. Biz ilk addımımızı atdıq. Cavab matçında daha yaxşı oynamaq lazımdır. Bugünkü oyuna görə bütün komanda yoldaşlarıma, azarkeşlərə təşəkkür edirəm. Qələbə münasibəti ilə “Neftçi” rəhbərliyini də təbrik edirəm.

- Sizi tədricən “Neftçi”nin liderinə çevrildiyinizi söyləmək olar?
- Xeyr, belə bir söz deyə bilmərəm. Hər birimizin öz funksiyamız var. Əlimizdən gələni edirik ki, komandaya köməyimiz dəyə.

- Bəlkə elə lider olmadığı üçün “Neftçi” bu vəziyyətdədir? Sizin belə bir iddianız var?
- Futbol kollektiv oyundur. Amma liderin də olması da önəmlidir. Hər bir oyunçu öz üzərində işləyir ki, komandasının lideri olsun. Mən də "Neftçi"nin lideri olmaq istərdim. Bunu kim istəməz ki?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.