13 dekabr 2016 22:30
Qurban Qurbanov: İlk matç üçün yaxşı nəticə idi
Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında "Qarabağ" "Azərsun Arena"da "Sumqayıt"ı 6:0 hesabıyla məğlub etdi. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Yaxşı oyun alındı. Mərhələnin ilk matçı üçün yaxşı nəticə idi. Azarkeş və futbolçularımızı təbrik edirəm. "Sumqayıt"a uğurlar arzu edirəm. İtkiləri çox idi. Futbolçularımın oyunundan razı qaldım. Cavab görüşündə dəyişikliklər ola bilər. Amma indidən deyə bilmərəm. Çünki qarşıda Premyer Liqa oyunumuz var".
